Bizi izləyin

Dünya futbolu

Mundialdakı Ərdəbil uşaqları: bizdən kimlər var?

blank
blank

Bu gün dünya futbol ictimaiyyətinin, bəlkə də hamının, hətta bu oyunla maraqlanmayanların da diqqəti İran – ABŞ oyununda olacaq. Siyasi səbəblərdən bu qarşılaşma təkcə futbol matçı deyil. Xüsusilə cənub qonşularımız bu məsələdə daha həssasdı.

DÇ-1998-də də eyni qrupda mübarizə aparan komandaların oyunu hələ də gözümüzün qabağındadır. Amma o komandalar qrupda Almaniya və Yuqoslaviyanı pley-offa yola saldılar. İrana isə ABŞ-ı prinsipial görüşdə 2:1 hesabıyla udmağın ləzzəti qaldı. Bu dəfə isə iki komandadan biri pley-offa çıxacaq.

24 il əvvəlki İranın yığmasının əsas liderləri azərbaycanlılar idi. Bu dəfə vəziyyət necədir? O, komanda ilə bu komandanı müqayisə etməyə çalışacağıq.

Son statistikaya əsasən, əhalisi 86,5 milyonu keçən İranda onmilyonlarla azərbaycanlı yaşayır. Təbii ki, onlar bu ölkənin bir sıra idman növlərində olduğu kimi, futbol millisində də çıxış edirlər. Amma 1998-ci illə müqayisədə indi sayları elə də çox deyil.

Maraqlıdır, görəsən, İranın DÇ-2022-yə apardığı 26 nəfərlik heyətdə neçə soydaşımız və ümumiyyətlə, türk mənşəli futbolçu var?

İlk növbədə konkret olaraq iki futbolçunu xüsusi qeyd edə bilərik. Söhbət Kərim Ənsərifərd ilə Əli Qolizadədən gedir. Onları birləşdirən bir sıra məqamlar var. Hər şeydən əvvəl hər iki soydaşımız Cənubi Azərbaycanın Ərdəbil vilayətində doğulub. Maraqlıdır ki, hər ikisi Tehranın “Saypa” klubunun akademiyasında, ardınca isə 5 il əsas komandasında oynayıb. Ancaq fərqli dövrlərdə: daha yaşlı Ənsərifərd 2007-12-ci, Qolizadə isə 2013-18-ci illərdə. Üstəlik, hər ikisi hücum xəttinin futbolçularıdır: Kərim mərkəz hücumçusudursa, Əli sağ vingerdir.

blank

Amma onların karyeraları fərqli alınıb. 2018-ci ildə İranın ən yaxşı gənc futbolçusu seçilən Qolizadə “Saypa”dan sonra Belçikanın “Şarlerua” klubuna keçib və hələ də bu klubun şərəfini qoruyur. O, artıq 3 mövsümdür komandanın əsas heyət üzvüdür və məhsuldarlığı ilə seçilir: 2020/21 “futbol ili”ndən bu yana 17 qol və 11 assist. Bu sözləri yığmadakı çıxışına aid etmək olmaz. 26 yaşlı Qolizadə keçirdiyi 28 matçda 6 qol və 4 məhsuldar ötürməylə yadda qalıb, lakin meydana çıxdığı son 10 matçda cəmi 1 assisti var. Ümumiyyətlə, 1 ildən çoxdur millidə rəqib qapısına yol tapa bilmir.

Ənsərifərd həm titul, həm də qollar baxımından daha gənc həmkarını üstələyir. Hücumçu hələ 2014-cü ildə Təbriz “Traktor”unun heyətində İran Kubokunun qalibi olub. Eyni zamanda 2 dəfə İran çempionatının bombardiri və 2 dəfə ilin hücumçusu adına sahib çıxıb, daha 2 dəfə isə ilin komandasında yer alıb.

Kərim sonrakı illərdə İspaniya, Yunanıstan, İngiltərə, Qətər və Kiprdə oynamaq imkanı tapıb. 2017-ci ildə “Olimpiakos”la ölkə çempionluğu sevinci yaşayan forvard hazırda Kipr “Omoniya”sında çıxış edir. Ənsərifərdin milli karyerası da daha zəngindir: 94 matç, 29 qol, 9 məhsuldar ötürmə.

İran yığmasının daha iki futbolçunu qeyd etmək lazımdır. Millinin əsas qol silahlarından sayılan Sərdar Azmun milliyətcə türkməndir. 1995-ci ildə Mazandran əyalətinin Günbədkavus şəhərində anadan olan hücumçu, İranın aşağı yaş komandalarında oynasa da, peşəkar futbola Rusiyada başlayıb və ilk 3 klubu bu ölkənin təmsilçiləri olub. Əslində, bu, qəribə deyil: axı həm “Rubin”də, həm də “Rostov”da türkmən Kurban Berdıyevin başçılığı altında çıxış edib. 2022-ci ildən “Bayer”in şərəfini qoruyan Azmunun Dünya Türkmənlərinin Humanitar Dərnəyinin, həmçinin Sankt-Peterburqda yerləşən “Məkan” Türkmən Mədəniyyəti Cəmiyyətinin fəxri üzvü olduğunu xatırladaq.

Hazırkı heyətdə çıxış edən daha bir oyunçu isə milliyətcə talışdır. Söhbət 1996-cı ildə Həştpər şəhərində doğulan Sadeq Moharramidən gedir. Ümumiyyətlə, Gilan əyalətində yerləşən bu şəhərinin əhalisinin əksəriyyətini azərbaycanlılar və talışlar təşkil edir. Maraqlıdır ki, müdafiəçi millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”sunda oynayır.

Təəssüf ki, “Traktor”un heç bir futbolçusu İran millisinin heyətində DÇ-2022-yə aparılmayıb. Təbriz klubunun 32 yaşlı hücumçusu Məhəmməd Abbaszadənin cari mövsümdə Yürgen Lokadiya ilə birgə çempionatın ən yaxşı bombardiri olduğunu nəzərə alsaq, bu, ikiqat təəccüblüdür. Eyni sözlər dayaq yarımmüdafiəçisi olmasına baxmayaraq, bu mövsüm qol sayına görə çempionatda təkcə 4 hücumçudan geri qalan “Traktor”lu Reza Əsədiyə aiddir.

blank

Ümumiyyətlə, 26 nəfərlik heyətdə yerli liqa cəmi 3 klubla təmsil olunub: “Sepahan”, “Persepolis” və “İstiqlal”. Amma hazırkı heyətdə Kərim Ənsardfərdlə yanaşı, daha bir futbolçu da vaxtilə “Traktor” klubunda oynayıb.  Söhbət Ehsan Hacısafidən gedir. Hazırda Yunanıstan AEK klubunda çıxış edən, İranın Kaşan şəhərində doğulan bu futbolçu 2011/12 mövsümündə icarə əsasında Təbriz klubunda çıxış edib. Sol cinah müdafiəçisi burada 45 oyuna 9 qol vurub.

İran yığmasının DÇ-98-dəki çıxışı, xüsusən də ABŞ-a qalib gəldiyi oyun çoxlarının yadındadır. Görəsən, həm vaxt millinin heyətində Cənubi Azərbaycandan futbolçular olub? Bəli! Təbii ki, ilk növbədə Ərdəbildə doğulan, adını İran və dünya futboluna yazdıran, 109 qolla uzun illər millilər səviyyəsində ən yaxşı bombardir olan və yalnız keçən il zirvəni Kriştianu Ronaldoya təhvil verən Əli Daeinin adını çəkməliyik! O, 24 il əvvəlki turnirdə qrup məhələsinin hər 3 oyununu əvəzlənmədən keçirmişdi. Daei qol vurmasa da, ABŞ ilə vacib matçda ikinci topun məhsuldar ötürməsini vermişdi.

Eyni zamanda 22 nəfərlik heyətdə 3 təbrizli – Kərim Bageri, Sirus Dinməhəmmədi və Əli Əkbər Ostad-Əsədi yer almışdı. Yarımmüdafiəçi Bageri də Əli Daei kimi hər 3 matçda sona qədər meydanda qalmış və qol vurmamışdı. Digər orta xətt oyunçusu Dinməhəmmədi yalnız 3-cü turda Almaniyaya qarşı son 20 dəqiqə ərzində oynamışdı. Müdafiəçi Ostad-Əsədi isə belə desək, həmin mundialda turist qismində yollanmışdı. Eyni sözləri Şərqi Azərbaycanın Məlikan şəhərində anadan olan Səttar Hamedani haqda da demək olar. Düzdür, həmin vaxt “Traktor” ikinci liqada mübarizə aparmışdı və futbolçularının DÇ-98-ə aparılması qəribə olardı. Əvəzində liberal mövqeyi ilə seçilən məşqçi Calal Talebi şəhərin digər klubu “Şahrdari Təbriz”dən yuxarıda qeyd etdiyimiz Sirus Dinməhəmmədini dəvət etmişdi.

blank

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm