Dünya futbolu
İraq ruslarla ikinci oyunu ertələdi
İraq və Rusiya yığmaları arasında növbəti yoxlama görüşü sentyabrda reallaşacaq. Beynəlxalq yarışlardan kənarlaşdırılan qonşularımız boşluğu bu şəkildə doldurur.
Avropadan kənar düşən ruslar Asiya təmsilçiləri ilə qeyri-rəsmi görüşlər keçirmək məcburiyyətindədir. Belə oyunlardan biri martın sonunda reallaşıb və İraq millisi Sankt-Peterburqda 2:0 hesabı ilə məğlub edilib.
İlkin razılaşmaya görə, tezliklə ikinci matç oynanılmalı idi. Lakin iraqlılar qarşılaşmanı ertələyib. Yazılanlara inansaq, onlar FİFA-nın qəzəbinə tuş gəlməmək üçün belə edib. Çünki ruslarla münasibətlərin sıxlaşdırılmasına görə onlara şifahi və qeyri-rəsmi xəbərdarlıq edilib.
İraq tərəfi bəyan edib ki, növbəti sınaq matçı yalnız sentyabrda reallaşa bilər. Bir şərtlə ki, həmin oyun Bağdadda baş tutsun.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi