Dünya futbolu
İsgəndərlinin Super Liqa arzusu
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə Super Liqasında oynamaq istəyir.
Futbolinfo.az xəbər verir ki, bunu I Liqada çıxış edən “Boluspor”un yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında deyib.
28 yaşlı oyunçu Bolu təmsilçisində özünü çox yaxşı hiss etdiyini bildirib: “Burada hər şey ürəyimcədir. Klubun fərqli sistemi var. Vaxt keçdikcə qollarım və assistlərim də gələcək. İndiki mərhələdə əsas Superliqaya yüksəlmək üçün pley-offa vəsiqə qazanmaqdır. Növbəti mövsüm Superliqada oynamaq istəyirəm”.
“Boluspor”a bu ilin əvvəlində Albaniya klubu “Eqnatiya”dan keçən İsgəndərlinin müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…