Dünya futbolu
İspaniya millisində sürpriz baş məşqçi
Luis Enrikenin arzusu reallaşmayacaq. İspaniya millisinin baş məşqçisi postunda qalmağı xəyal edən mütəxəssislə yeni müqavilə bağlanmayacaq və yaxın 2 gün ərzində onunla yolların ayrıldığı rəsmən elan olunacaq.
Futbolinfo.az xəbər verir ki, yeni baş məşqçi ilə bağlı da ilkin informasiya var. Komanda heç də Belçika millisindən ayrılan Roberto Martinesə tapşırılmayacaq. İspaniya yığması üçün sürpriz namizəd var. İspaniya mətbuatına inansaq, yerli futbol federasiyası əsas milli komandanı U-21-in baş məşqçisi Luis De la Fuenteyə tapşırmaq istəyir.
Vaxtilə Bilbao “Atletik”inin, həmçinin “Alaves”in baş məşqçisi olmuş bu şəxs 2011-ci ildən İspaniyanın müxtəlif yığmalarına rəhbərlik edir. U-19, U-21 və U-23 komandalarında çalışmış 61 yaşlı məşqçi indi də əsas komandanın başına keçəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…