Dünya futbolu
İsrafilov oynadı, “Albasete” yenə uduzdu
Futbol üzrə İspaniya 2-ci liqasında 32-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Kastelyon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Albasete” 32 oyuna topladığı 29 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq