Ölkə futbolu
İstanbula bilet üçün yarışacaq “Neftçi” azarkeşlərimiz məlum oldu
“Neftçi”nin sponsoru “Turkish Airlines”ın dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün təşkil olunan yarışın qaydalarına 8 iştirakçı doğru əməl edib.
Futbolinfo.az xəbər verir ki, martın 7-də, saat 18:00-da keçiriləcək “Neftçi” – “Sabah” oyununun fasiləsində 8 azarkeşin iştirakı ilə penalti yarışı təşkil olunacaq. Yarışın qalibi klubun sponsoru “Turkish Airlines”dan İstanbula gediş-gəliş bileti əldə edəcək. İkinci yerin sahibi “Neftçi”nin digər tərəfdaşı “Buta Qlobal Enerji Tekstil”dən hədiyyə kuponu, digər iştirakçılar isə “ağ-qaralar”ın tərəfdaşı “Park Cinema”nın kinoteatrlarından illik bilet qazanacaqlar.
Penalti yarışının iştirakçıları – Əlinağı Bakılı, Səbuhi Vəlizadə, Kamran Əliyev, Niyaz Niyaz, Ayxan Abdullayev, Nicat İbadov, Murad İsmayılzadə və Hafiz Nəbiyevdən “Neftçi” – “Sabah” matçının birinci hissəsi başa çatan kimi “Bakcell Arena”nın ərazisində yerləşən ofisə yaxınlaşmaları xahiş olunur.
Xatırladaq ki, qaydalar aşağıdakı kimi idi:
- Premyer Liqanın 19-cu turu çərçivəsində martın 1-i saat 17:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyununda iştirak et və stadionda selfi çək.
- Həmin şəkli bu paylaşımın şərh bölməsində yerləşdir.
- Həmin şəkli “Neftçi” PFK-nın və “Türk Hava Yolları”nın rəsmi Facebook səhifələrini teq etmək şərti, #GƏLƏCƏKÜÇÜNBURDAYIQ heşqeti ilə öz səhifəndə paylaş və bu paylaşımı hamı üçün açıq et.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı