Dünya futbolu
İtaliya DÇ-2022-də iştirak edəcək? – FİFA-dan rəsmi açıqlama
FİFA İcraiyyə Komitəsinin üzvü Evelina Kristillin İran millisinin əvəzinə İtaliyanın DÇ-2022-də oynayacağına dair yayılan xəbərlərə münasibət bildirib.
Futbolinfo.az “Football İtalia”-ya istinadən xəbər verir ki, FİFA rəsmisi belə bir məsələnin gündəmdə olmadığını söyləyib:
“Martın 31-də Qətərdə FİFA-nın konqresi keçirildi. Orada bütün üzvlər kimi İran da iştirak etdi. Biz heç vaxt İranın dünya çempionatından çıxarılması məsələsini müzakirə etməmişik. Bu baş versə belə, İranın yerinə Asiyanı təmsil edən başqa komanda təklif olunardı. Hazırda İtaliyanın dünya çempionatında oynaması mümkün deyil. Yayılan xəbərlər nağıldır”.
Ötən gün xarici media orqanları İranda qadınların stadionlara buraxılmaması səbəbindən bu ölkənin komandasının mundialdan kənarlaşdırılacağını və İranı İtaliyanın əvəz edəcəyini yazmışdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…