AÇ-2024
“İtaliya millisi Belçikanı məğlub edə bilər” – De Byazi
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək Belçika – İtaliya matçı ilə bağlı fikirlərini bildirib.
Futbolinfo.az “tuttojuve.com” saytına istinadən xəbər verir ki, “Bianconera” radiosuna danışan De Byazi, İtaliya yığmasının qələbə qazana biləcəyini deyib:
“İtaliya millisi Belçikanı məğlub edə bilər. Roberto Mançini ona həlledici imkanlar verən yaxşı heyətə sahibdir”.
De Byazi “Yuventus”un yeni baş məşqçisi Massimiliano Alleqri haqda da danışıb:
“Alleqri yenə də yaxşı nəticə verəcək. Çünki oyunçularla münasibəti yaxşıdır və taktiki cəhətdən də çevikdir. Kriştiano Ronaldo? Ona qarşı şübhə yoxdur, ancaq balanslılıq baxımından yenə düşünmək lazımdır”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı