Dünya futbolu
İtaliyalı keçmiş futbolçu vəfat etdi
Futbol üzrə İtaliya yığmasının sabiq hücumçusu Canluka Vialli vəfat edib.
Futbolinfo.az xəbər verir ki, “Çelsi” və “Yuventus”dakı oyunları ilə tanınan keçmiş futbolçu 58 yaşında ölüb.
Onun ölümünə səbəb mədəaltı vəzi xərçəngi olub. Vialli uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib. O, ömrünün son günlərini xəstəxanada keçirib.
Xatırladaq ki, Canluka Vialli 1985-1992-ci illərdə İtaliya yığmasının heyətində keçirdiyi 59 oyunda 16 qola imza atıb. O, “Çelsi” və “Yuventus”dan öncə “Kremoneze” və “Sampdoriya” klublarının da formasını geyinib. Vialli 1999-2002-ci illər aralığında “Çelsi” və “Uotford”da baş məşqçi kimi də çalışıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…