Dünya futbolu
İtaliyalı məşqçi Ukraynanı tərk etmək istəmir
Donetsk “Şaxtyor”unun baş məşqçisi Roberto De Zerbi Ukraynanı tərk etmək istəməyib.
Futbolinfo.az xəbər verir ki, 43 yaşlı italiyalı mütəxəssis bütün əcnəbi futbolçular evakuasiya edilənədək ölkədən ayrılmamaq qərarına gəlib.
Əksəriyyəti braziliyalı olan legionerlərin çoxu artıq Ukraynadan təxliyə olunub. Bununla belə, bir neçə italyan oyunçunun hazırda paytaxt Kiyevdə olduğu bildirilib. De Zerbinin ölkəni tərk etmək imkanı olsa da, baş məşqçi futbolçulara görə bundan imtina edib.
Futbol üzrə Ukrayna Premyer Liqası Rusiyanın hərbi təcavüzü ilə əlaqədar dayandırılıb. Bu üzdən əcnəbi futbolçular və mütəxəssislərin əksəri Ukraynanı tərk etməyə qərar veriblər. Daha öncə Kiyev “Dinamo”sunun rumıniyalı baş məşqçisi Mirça Luçesku da Ukraynanı tərk etməyəcəyini bəyan etmişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı