Ölkə futbolu
Jezniçak Azərbaycana qayıda bilərmiş: “Onların arasında “Qarabağ” yox idi”
“Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçak yenə Azərbaycandan təklif alıb. Amma o, dəvətin gecikdiyini görüncə yerli II liqa komandası“Kotviça Kolobjeq”lə müqavilə imzalayıb.
Polşalı futbolçu futbolinfo.az-a açıqlamasında ölkəmizə qayıtmamasının səbəbini deyib: “Tam səmimi deyirəm: bir neçə klub Azərbaycana qayıtmağımı istəmişdi. Amma onların arasında “Qarabağ” yox idi. Premyer Liqanın nisbətən zəif komandalarından maraqlananlar oldu. Sadəcə, mənə dedilər ki, digər oyunçularla da danışıq aparmalıdırlar. Yəni Azərbaycana qayıdıb-qayıtmayacağımı dəqiqləşdirmək üçün gözləməli idim”.
2017-19-cu illərdə Ağdam təmsilçisinin formasını geymiş arxa xətt oyunçusu bir müddət gözləyib: “Bir müddət gözlədim. Hətta “Kotviça Kolobjeq”lə də bu barədə razılaşmışdım. Onlarla müqaviləni bu üzdən bir müddət yubatdıq”.