Dünya futbolu
Joao Feliksin “Barselona” arzusu
“Atletiko”dan ayrılmaq üçün klub axtarışında olan Joao Feliks “Barselona”da oynamaq istəyir. Portuqaliyalı futbolçu bu barədə özü danışıb.
Futbolinfo.az xəbər verir ki, hücumçu “Barselona”da oynamağın xəyalı olduğunu bildirib: “Barselona” hər zaman ilk seçimim olub. Nəvaxtsa şans yaransa, bu klubda oynamaq istərəm. Uşaqlığımdan bəri yeganə xəyalım olub. Reallaşsa, ən böyük arzuma çatacağam”.
Xatırladaq ki, 23 yaşlı futbolçu 2019-cu ildə “Benfika”dan 127 milyon avroya transfer olunub. “Atletiko”da ümidlər doğrultmayan oyunçu qışda “Çelsi”yə icarəyə verilmişdi. Madridlilərlə 4 illik müqavləsi qalan oyunçu indi yeni iş yeri axtarır. İspaniya nəhəngi də onu satmaq üçün variantlar axtarır.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”