Dünya futbolu
Jota “Nyukasl”a keçə bilər
Yeni mövsümdə daha iddialı komanda qurmaq istəyən “Nyukasl” “Liverpul”un futbolçusuna göz dikib. Baş məşqçi Eddi Xou Dieqo Jotanın transferi üçün rəhbərliyə müraciət edib.
Futbolinfo.az xəbər verir ki, “sağsağanlar” portuqaliyalı üçün 50 milyon avro ödəməyə hazırdır. “Liverpul” 70 milyon avro tələb etsə də, “Nyukasl” Jota üçün bazarlıq edə biləcəklərinə inanır. Bu səbəbdən mövsüm bitən kimi rəsmi təklif göndərmək niyyəti var.
Ağır zədədən sonra mersisaydlıların əsas heyətinə düşməkdə çətinlik çəkən Dieqo da klub dəyişməyin əleyhinə deyil. “Nyukasl”ın ona təklif etdiyi maaş da daha yüksəkdir.
“Liverpul” portuqaliyalını 2020-ci ilin yayında “Vulverhempton”dan 44,7 milyon avroya alıb. Futbolçunun müqaviləsi 4 ildən sonra başa çatmalıdır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…