Ölkə futbolu
“Kəpəz” son oyunda darmadağına sevindi
“Kəpəz” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Qazaxıstan “Kaysar”ı ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 16:00-da başlayan oyunda Gəncə təmsilçisi böyük hesabla qalib gəlib – 3:0. 9-cu dəqiqədə Ahmed Ayzaya penaltidən hesabı açıbsa, 48-ci dəqiqədə Mate Kvirkviya 11 metrlik zərbəni dəqiq yerinə yetirib. 50-ci dəqiqədə isə Ayzaya dublunu rəsmiləşdirib.
Xatırladaq ki, gəncəlilər Antalyadakı ilk oyunda Macarıstanın “MTK Budapeşt” komandasını 1:0 hesabı ilə məğlub etmiş, daha sonra Serbiyanın “Novi Pazar” kollektivi ilə heç-heçə (0:0) oynamışdı.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”