Ölkə futbolu
“Kəpəz”in Gəncə hazırlığı – VİDEO
“Kəpəz” qış istirahətindən sonra məşqlərini bərpa edib. Komanda hazırlığın ilkin mərhələsini Gəncədə keçirir.
“Sarı-göylər” yanvarın 2-də məşqlərə başlayıb. Futbolçular gündə iki dəfə olmaqla hazırlıq keçirlər. Komandanın Nizami yurdundakı toplanışında əcnəbi futbolçulardan Əhməd Ayzaya və Abdullahi Şuaybu iştirak edir. Digər legionerlər komandaya qarşıdakı günlərdə qoşulacaqlar.
“Kəpəz” Gəncədəki hazırlığın ardından Antalyaya yollanacaq. 12 gün qonşu ölkədə hazırlaşacaq komanda təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək. “Sarı-göylər” Macarıstanın MTK Budapeşt, Serbiyanın “Novi Pazar” və Qazaxıstanın “Kaysar” kollektivləri ilə üz-üzə gələcək.
Gəncəlilər qış transfer pəncərəsində heyətini gücləndirməyi də planlaşdırıb. Antalyadakı toplanışa bir əcnəbi hücumçunun qoşulması gözlənilir. Bundan başqa, artıq “Kəpəz” icarəyə iki yerli gənc oyunçu götürüb. Həmin futbolçular komandanın düşərgəsində məşqlərə başlayıblar.
“Kəpəz” yanvarın 7-də Türkiyəyə yola düşəcək.
BƏHRUZ MUSAYEV, Gəncə
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…