Ölkə futbolu
“Kəpəz”in kollektivi şəhidin məzarını ziyarət etdi
Birinci divizionda mübarizə aparan Gəncənin “Kəpəz” klubunun rəhbərliyi, əsas komandanın məşqçi heyəti və futbolçular torpaqlarımızın azadlığı uğrunda canından keçən Əmrah Rəcəbovun məzarını ziyarət edib.
Futbolinfo.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, “Kəpəz”in kollektivi adından şəhidin məzarı önünə gül çələngi qoyulub. Komanda üzvləri Əmrah Rəcəbovun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edərək, ona hörmət və ehtiramlarını bildiriblər. Qəhrəman döyüşçünün ruhuna dualar oxunub.
“Kəpəz”in azarkeşi olmuş Əmrah Rəcəbovun nəşi uzun axtarışlardan sonra tapılıb və fevralın 23-də Şəhidlər Xiyabanında dəfn edilib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq