Ölkə futbolu
Kadriu gələcəyi ilə bağlı qərarı sona saxlayıb: “Qarabağ” daha şanslıdır”
“Keşlə” ilə matç hər iki tərəf üçün vacib idi. Bu qarşılaşmada qələbə qazanmaq çox önəmli idi, lakin biz uduzduq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in şimali makedoniyalı futbolçusu Florian Kadriu deyib.
Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 24-cü turunda “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları oyundan danışıb: “Növbəti oyunlara baxmalıyıq. “Keşlə”yə məğlubiyyət geridə qaldı. Düzdür, uduzduğumuz üçün son pilləyə düşdük. Lakin biz situasiyanı dəyişə bilərik. Qarşıda 4 matç var və xallar qazanıb son pillədən xilas olmalıyıq”.
Kadriu “Səbail”də az oynaması və komandadan gedəcəyi ilə bağlı suala belə cavab verib: “Bütün fikrimi komandama cəmləmişəm. Sona qədər mübarizə aparıb oynamalıyıq. Bundan sonra gələcəyim haqqında danışa bilərəm. Təkliflər haqqında düşünmək üçün tezdir”.
Yarımmüdafiəçi “Qarabağ” və “Neftçi”nin çempionluq şanslarını da dəyərləndirib: “Qarabağ” və “Neftçi” arasındakı sonluq çox maraqlı olacaq. Bilmirəm ki, kim çempionluğu əldə edəcək. Lakin “Qarabağ”ı daha şanslı sayıram”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq