Dünya futbolu
Kan: “Heyf ki, Haland bizim heyətdə oynamırdı”
“Bayern”in son uğursuzluqları Oliver Kanın klubdakı mövqeyinə də təsir edib. Almaniya mətbuatı 4 aydır klubun baş direktoru kimi çalışan sabiq qapıçının tezliklə postunu itirə biləcəyi haqda yazır.
Kan isə komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasını heyətin yetərli olmamasına bağlayır. “Mançester Siti” ilə ev heç-heçəsindən (1:1) sonra (münhenlilər ilk matçda 0:3 hesabı ilə uduzmuşdu) Oliver bunları deyib: “Dünən meydanda əsl forvardı gördük. Amma heyf ki, o, bizim heyətimizdə oynamırdı. Erlinq Haland matçda təsirini göstərdi – Robert Levandovski kimi əsl 9 nömrədir”.
Kan postundan gedişi barədə yazılanları şərh etməyib. Əvəzində o, yayda mərkəz hücumçusu axtarışında olacaqlarını söyləyib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…