Dünya futbolu
Kanada Salvadora şərik ola bilər
Xorvatiyanın Kanadanı yendiyi oyunda bir sıra maraqlı statistikalar tarixə düşdü. 4:1 hesablı qələbə ilə şimali amerikalılar üçün mundialı erkən bitirən “damalılar”ın iki oyunçusu önə çıxdı.
Andrey Kramariç DÇ-də dubl edən 2-ci oyunçu oldu. İlk dəfə bunu 8 il öncə Kamerunla matçda Mario Mancukiç bacarmışdı.
Marko Livaya isə yerli çempionatda oynayaraq Xorvatiya millisi üçün mundialda qol vuran növbəti oyunçu oldu. Daha öncə bunu DÇ-2002-də İvitsa Oliç bacarmışdı.
Sözügedən oyunda hesabı açan Alfonso Devis mundiallarda ilk qolu vurmaqla ölkəsinin tarixinə düşsə də, bu, ardıcıl 5-c məğlubiyyətə mane olmadı. Son turda da xal əldə edilməsə, Kanada DÇ-lərdə oynadığı 6 matçın hamısında uduzan Salvadora şərik olacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…