Dünya futbolu
Kandreva üçün 500 min avro ödədilər
“Salernitana” bu mövsümün əvvəlində “Sampdoriya”dan icarəyə götürdüyü Antonio Kandrevanı heyətində saxlamağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi 36 yaşlı futbolçunun transfer hüquqlarını alıb.
“Salernitana” onun birdəfəlik transferi üçün “Sampdoriya”ya 500 min avro ödəyib.
Kandreva mövsümün əvvəlindən bəri “Salernitana”da 32 oyuna çıxıb və 5 qol vurub.
“Sampdoriya”nın bu ilin yanvarında “Empoli”yə icarəyə verdiyi hücumçu Françesko Kaputo da geri qayıtmayacaq. O da indiki klubunda qalmağa qərar verib. “Empoli”nin 35 yaşlı forvardın birdəfəlik transferi üçün nə qədər ödədiyi açıqlanmır.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı