Ölkə futbolu
Kane “Olimpiakos”a gedəcək?
“Qış fasiləsində “Neftçi”də qalıb-qalmayacağıma “Olimpiakos” qərar verəcək. Bu barədə klublar arasında danışıqlar olacaq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Neftçi”də icarə əsasında çıxış edən Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Mamadu Kane deyib.
O bildirib ki, hazırda heç nə bəlli deyil: “Mən qərar verən adam deyilən. Qərarı Afina təmsilçisi verəcək və hər şeyə aydınlıq gələcək. “Neftçi” mənim üçün əhəmiyyətlidir. Təbii ki, istənilən qərara hörmət edəcəm”.