Dünya futbolu
Kapitan millimizlə matçı buraxacaq
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığmamızla matça itki ilə çıxacaq. Bu barədə Britaniya mətbuatı məlumat yayıb.
İrlandiya millisinin kapitanı Şeymus Koulman yığmamızla görüşü buraxacaq. 33 yaşlı müdafiəçinin “Everton”un heyətində məşqdə zədələndiyini bildirilib.
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlanayaq.