Ölkə futbolu
Kapitanın ilk “qırmızı”sı
“Səbail”in kapitanı Rahid Əmirquliyev Misli Premyer Liqasının son turunda ilk dəfə meydandan qovuldu. Oyun sayına görə çempionatın rekordçusu olan yarımmüdafiəçi hakimin qərarı ilə razıdır.
Futbolinfo.az saytına açıqlama verən Rahid həmin epizoddan danışıb: “Bu, mənim Premyer Liqada ilk qırmızı vərəqəm oldu. Karyeramda bu da baş verdi. Amma hakimin qərarı doğru idi. Düşünürəm ki, orda ikinci “sari” var idi”.
Xatırladaq ki, “Səbail” Masazırda keçirilən oyunda “Sabah”a 0:4 hesabı ilə uduzub.