Ölkə futbolu
Karaman “Neftçi”dən göndərilən sənədi imzaladı: “Namizədlərdən biri olduğum doğrudur”
“Neftçi”nin baş məşqçisi postuna namizədlərdən biri olduğum doğrudur”. Bunu futbolinfo.az-a açıqlamasında türkiyəli məşqçi Hikmət Karaman deyib.
63 yaşlı mütəxəssis bildirib ki, dünən Azərbaycandan onunla əlaqə saxlayıblar: “SOCAR-a yaxın adamlardan biri zəng etdi. Dedi ki, “Neftçi”də işləmək istəyərsən? Cavabım “niyə də yox” oldu. İlk danışıqlar üçün bir neçə sənəd göndərildi, onu imzaladım”.
Qeyd edək ki, Hikmət Karaman son olaraq 2021/22-ci il mövsümündə “Kayserispor”da işləyib. Onun “Neftçi”dən təklif alması barədə xəbəri sportinfo.az yazıb.