Digər idman növləri
Karlsen rəsmən imtina etdi, Nicatın iştirakı təsdiqləndi
16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen 2024-cü il aprelin 2-dən 25-dək Torontoda (Kanada) keçiriləcək “İddiaçılar turniri”ndə iştirak etməyəcəyini rəsmən təsdiqləyib.
Karlsen chess.com platformasına verdiyi açıqlamada “Heç narahat olmayın, “İddiaçılar turniri”ndə oynamağa hazırlaşmıram”, – deyib. Bununla da həmyerlimiz Nicat Abbasovun dünya şahmat tacına namizəd olması təsdiqlənib.
28 yaşlı həmçyerlimiz Dünya Kubokunda 4-cü yeri tutmaqla bu hüquqa sahib çıxıb.
Xatırladaq ki, “İddiaçılar turniri” iştirakçılarının siyahısına Yan Nepomnyaşı (Rusiya), Rameşbabu Praqnanandha (Hindistan), Fabiano Karuana (ABŞ), Vidit Santoş Qucrati (Hindistan), Hikaru Nakamura (ABŞ), Qukeş Dommaraju (Hindistan) və Alireza Firouzja (Fransa) daxil idilər.