Ölkə futbolu
“Karvan” “Şamaxı” ilə oyuna yeni legionerlə hazırlaşır
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən “Karvan” evdə oynayacağı “Şamaxı” matçının hazırlıqlarını davam etdirir.
Daha çox toplu çalışmalara üstünlük verən yevlaxlılar, son məşqdə bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyiblər. Bundan başqa, futbolçuların sürət dözümlülüyü yoxlanılıb. Saatyarım davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər.
Komandanın baş məşqçisi Kənan Kərimov “Futbolinfo”ya açıqlamasında “Şamaxı” ilə oyunun vacibliyini və qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib.
Bu arada “Karvan” heyətini yeni bir futbolçu gücləndirib. Baxışda olan nigeriyalı hücumçu İsmael Sanoqo “ağ-qaralar”la mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, “Karvan” “Şamaxı” matçı martın 7-si saat 15:00-da Yevlax Şəhər Stadionunda start götürəcək.
BƏHRUZ MUSAYEV, YEVLAX
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı