Ölkə futbolu
Kaşuk “Sabah”da qalır: “Şaxtyor” razılıq verdi
Aleksey Kaşuk Konfrans Liqasında “Sabah”a kömək edə biləcək. Bakı klubunun rəhbərliyi ukraynalı futbolçunu daha bir mövsüm heyətində saxlamağa nail olub.
Futbolinfo.az xəbər verir ki, “Sabah”ın gümüş medallara sahib çıxaraq avrokuboka vəsiqə əldə etməsində mühüm rol oynayan yarımmüdafiəçi müqavilə ilə “Şaxtyor”a məxsusdur. Donetsk təmsilçisi onu icarəyə verib və bu yay geri şağırmaq niyyətində idi. Lakin “Sabah” rəhbərliyi onu daha bir mövsüm heyətdə saxlamağa nail olub. Hələlik anlaşma rəsmiləşməyib, lakin tərəflər şifahi razılıq əldə ediblər.
“Sabah”ın Kaşuku birdəfəlik transfer etmək niyyəti də olub. Lakin “Şaxtyor” bundan birdəfəlik imtina edib. Ukrayna klubu oyunçusunu gələcəkdə Avropa klublarından birinə satmaq niyyətindədir və bu üzdən yalnız icarəyə verməyə razılaşıb.
Lakin donetsklilər öncə özü 22 yaşlı cinah futbolçusu ilə müqavilə müddətini uzadacaq. Onunla anlaşma 2024-cü ilin yayında bitir. Sonradan Kaşuku azad agent kimi itirməmək üçün “Şaxtyor” mövsüm bitən kimi onunla anlaşmanı yeniləyəcək və daha sonra icarəyə verməsi rəsmiləşəcək.
Hazırda qiyməti 10-15 milyon avro dəyərləndirilən Alekseyə görə “Sabah”ın yüksək icarə haqqı ödəyəcəyi dəqiqdir.