Dünya futbolu
Kel Bellingem haqda xəbərləri təkzib etdi
Dortmund “Borussiya”sının idman direktoru Sebastyan Kel Cud Bellingemin satışı ilə bağlı xəbərlərə aydınlıq gətirib. Almaniya klubunun rəsmisi yarımmüdafiəçinin “Real”a keçəcəyi ilə bağlı iddiaları təkzib edib.
Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin üzvünün artıq madridlilərlə anlaşdığı və mövsüm bitməmiş transferin elan ediləcəyi yazılır. İspanların Bundesliqa təmsilçisinə 100 milyon avro ödəyəcəyi yazılır. Kel isə ortada heç nə olmadığını deyir: “Hazırda masa üzərində heç bir rəsmi təklif yoxdur. Kimsə müraciət etsəydi, müzakirə edib qərar verərdik. Hazırda bütün diqqətimiz mövsümü titulla başa vurmağa yönəlib. Oba görə də fikrimizi yayındırmaq istəmirik”.
Kel Bellingem üçün həddindən artıq çox pul istəmələrinə də münasibət bildirib: “Hansısa astronomik məbləğlərdən danışa bilmərik. Futbolçuların keyfiyyətinə görə fərqli qiymətləri var. Biz ən yaxşı oyunçularımızı hər zaman heyətdə saxlamağa çalışırıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…