Ölkə futbolu
“Keşlə”nin azarkeş ümidsizliyi: 15 faiz və bircə məntəqə
Konfrans Liqası çərçivəsində “Soçi” ilə cavab matçına hazırlaşan “Keşlə”ni çətin ki, azarkeş dəstəyi də xilas etsin. Rusiyada 0:3 hesablı məğlubiyyətdən sonra növbəti mərhələylə bağlı ümidlər tükənib.
Bununla belə, təmsilçimiz ənənəni pozmayacaq. Elə bu səbəbdən klub iyulun 29-da baş tutacaq qarşılaşma üçün biletləri satışa çıxarıb. Dünəndən etibarən kassalar azarkeşlərin yolunu gözləyir.
Amma “Keşlə” rəhbərliyi də azarkeşlərin oyuna maraq göstərməyəcəyinin fərqindədi. Bu səbəbdən satışa cəmi 1300 bilet çıxarılıb. Matçın keçiriləcəyi “ASK Arena”nın 8300 nəfər üçün nəzərdə tutulub. Oyuna bunun yarısı qədər bilet satışına icazə var, lakin bakılılar 50 deyil, 15 faizlə kifayətlənməyi lazım bilib.
Bu azmış kimi, 2,3 və 5 manatlıq biletlər yalnız bir məntəqədə – “ASK Arena”nın girişində (Karate İdman Zalının qarşısındakı girişdə) təşkil edilmiş məntəqədə satılacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var