Ölkə futbolu
Kevin Medina: “Qarabağ”ın məğlubiyyətinin günahkarı mənəm”
“Qarabağ”ın məğlubiyyətinin günahkarı mənəm. Özümü bu yenilgi üçün ən böyük səbəbkar sayıram. Lakin futbolda belə anlar olur” – bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.
O, Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə məğlubiyyətdən danışıb. Medina qırmızı vərəqə alması ilə məğlubiyyətə səbəb olduğunu düşündüyünü deyib: “Neftçi” qazandı və liderdir. Bu məğlubiyyət “Qarabağ”ın motivasiyasına təsir etməyəcək. Əksinə, daha da yaxşı oynamalıyıq. “Qarabağ” kimi komanda bir məğlubiyyətə görə ruhdan düşə bilməz. Hakimin qərarlarına gəlincə, o, gərgin oyunda düzgün qərarlar verdi. Başqa heç bir şey deyə bilmərəm”.
Medina klub və AFFA tərəfindən cəzalandırılacağı barədə də danışıb: “Məşqçi mənə cəza verəcəksə, bu, onun qərarıdır. Mən qərarlara hörmət etməliyəm. Qırmızı vərəqə almağım bir çox insana və komandaya təsir edəcək. Lakin ən pis anları geridə qoydum”.
AĞA