Dünya futbolu
Keyn gəlsə, Çupo-Motinq gedəcək
Erik-Maksim Çupo-Motinq “Bayer”ndən ayrılmaq istəyir. Əsas komandada oynamaq istəyən 33 yaşlı kamerunlu artıq qərarını verib.
Futbolinfo.az xəbər verir ki, futbolçu bu barədə klub rəhbərliyinə məlumat verib. Münhenlilər Harri Keyni transver etsə, Çupo-Motinq müqaviləsini pozacaq.
İngiltərə millisinin kapitanının yayda Almaniyaya köçməsi gözlənilir. “Tottenhem”in çempionluq uğrunda mübarizə aparmaq gücündə olmaması forvardın daha iddialı kluba keçmək niyyətinə təsir edib. Təbii ki, Harri gələrsə, kamerunlunun start heyətində yer alması çətin olacaq. Bu səbəbdən Çupo-Motinq indidən yeni variantlar axtarır.
Keynin London klubu ilə ilyarımlıq müqaviləsi var. Yayda oyunçunun “Tottenhem”lə vidalaşacağı dəqiqdir. İddialara görə, o, almanlarla çoxdan anlaşıb, Erik-Maksim də bundan xəbərdar olduğu üçün öz yerindən narahatdır.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir