Digər idman növləri
Kipçoge tarixə düşməyi hədəfləyir
İkiqat olimpiya çempionu Eliud Kipçoge 2024-cü il Olimpiya Oyunlarına 5 ay qalmış, martın 3-də Tokio marafonunda yarışacaq. Keniyalı 2024-cü ilin aprelində Boston və Londonda keçiriləcək marafonlardansa, Yaponiyanın paytaxtında çıxış etməyə üstünlük verib. Bunun sayəsində o, Parisdəki oyunlara hazırlaşmaq üçün əlavə vaxt qazanacaq.
Kipçoge Fransanın paytaxtında qələbə sayəsində oyunların tarixində marafonda üç qızıl medal qazanan ilk şəxs olmağı hədəfləyir. Gələn yay onun 39 yaşı tamam olacaq. Bu da başqa bir rekordun, ən yaşlı idmançının çempionluq rekordunun yenilənməsi ola bilər. Əlavə edək ki, Keniya millisi Parisdə komandada çıxış edəcək 3 nəfərin adını hələlik açıqlamayıb.
Tokio marafonunda niderlandlı Sifan Hassan da iştirak edəcək. 30 yaşlı idmançı 2024-cü il Olimpiadasında hansı yarışlarda iştirak etməyi planlaşdırdığını elan etməyib.
2020-ci ildə Tokioda keçirilən oyunlarda o, 5000 m və 10 000 m məsafəyə qaçışda qızıl, 1500 m məsafəyə qaçışda bürünc medal qazandı. Gələn il Parisdə o, tarixdə 5000 m, 10000 m və marafonda yarışan ilk idmançı ola bilər.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq