Dünya futbolu
Klopp: “Bu, gələcəyimiz üçün atılan imzadır”
“Liverpul”un baş məşqçisi Yürgen Klopp komandanın yeni transferi Dominik Soboslai barədə danışıb. O, 70 milyon avroya transfer etdikləri Macarıstan millisinin üzvünü çoxdan izlədiklərini bildirib.
Futbolinfo.az xəbər verir ki, 22 yarımmüdafiəçi alman çalışdırıcının diqqət mərkəzində imiş: “Vaxtilə “Zalsburq”a qarşı bir neçə oyunumuz olmuşdu və Dominikin oyununu əyani şəkildə görmüşdüm. Ovaxtdan bu oyunçu ilə maraqlanırdıq. Zatən həmin matçlara baxan istənlən şəxs bu gəncin necə ümidverici biri olduğunu deyə bilərdi”.
Soboslai 2021-ci ildə 36 milyon avro qarşılığında “Leypsiq”ə keçməklə istedadına diqqət yetirildiyini göstəmişdi: “Ancaq bu oyunçu hələ gəncdir, ona çox təzyiq etmək olmaz. Səbirli olub, istedadını göstərəcəyi günü gözləməliyik. Azrkeşlərimizin də ona səbr edəcəyinə ümid bəsləyirik. Bu, gələcəyimiz üçün atılan imzadır”.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”