Dünya futbolu
Klopp “Liverpul”da qalacaq
Premyer Liqada uğursuz mövsüm keçirən “Liverpul” baş məşqçisini dəyişməyəcək. Klub rəhbərliyi Yürgen Kloppu istefaya göndərmək niyyətində deyil.
Futbolinfo.az xəbər verir ki, 55 yaşlı alman mütəxəssis işinə davam edəcək. Rəhbərlik yayda ona heyəti gücləndirmək üçün lazım olan şəraiti yaradacaq. Hazırda heyətin gücləndirilməsi üçün lazım olacaq maliyyənin məbləği dəqiqləşdirilir.
Klopp 2015-ci ildən “Liverpul”dadır. O, 8 il rəhbərlik etdiyi Dortmund “Borussiya”sından ayrılandan bəri İngiltərədə çalışır. Mütəxəssislə mövcud müqavilə 2026-cı ilin yayında başa çatacaq.