Dünya futbolu
Klub prezidenti Osimheni satmaq istəmir
Viktor Osimhen satılmayacaq. Yayda Neapoldan gedəcəyi gözlənilən futbolçunu klubu heyətdə saxlamaq fikrindədir.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Napoli”nin prezidenti Aurelio de Lauretis açıqlama verib (SportBild): “Osimhen satılmayacaq. Oyunçumuza görə çox təklif alırıq, lakin onu satmaq niyyətimiz yoxdur. Buna məcbur deyiləm, borcumuz, əlavə pula ehtiyacımız yoxdur”.
“Mançester Yunayted”in müştəri düşdüyü nigeriyalı yayda təkliflərə baxacağını deyib. O, “Napoli” ilə çempion olduqdan sonra qərar vermək niyyətindədir. Lakin uzunmüddətli müqaviləsi olan oyunçunun gedişi üçün klub rəhbərliyi razılıq verməlidir.
İngilislər yayda mütləq bir hücumçu almalıdır. Harri Keyni hədəfə alan mançesterlilərin bu arzusuna “Tottenhem” mane olur – klub futbolçusunu yalnız ölkə xaricinə satacağını açıqlayıb. Belədə Osimhen variantına köklənmək lazım gəlir, onunla bağlı isə “Napoli”nin prezidentinin mövqeyi aydındır.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq