Bizi izləyin

Ölkə futbolu

Klub saytları: biri təmirdə, üçü hələ “anadan olmayıb”

blank
blank

Futbol inkişaf etdikcə texnologiyanın təsir dairəsinə düşür.  Elə texnologiyanın inkişafı da futbola təsir göstərir.

Futbol klubları tarix boyunca dövrün tələblərinə görə piar kampaniyası aparıblar. Klubun mətbuat vasitəsilə təbliğatı azarkeş sayının artmasına və ictimaiyyətdə nüfuz qazanmasına həmişə təkan  olub. Əvvəllər klublar faks və ya üzvlərinin müsahibələri ilə, açıqlamaları sayəsində cəmiyyətlə əlaqə yaradırdı. İnternetin kəşfi ilə artıq klub özü bir mətbuat qurumuna çevrildi. Hər bir klubun rəsmi saytı onun həm də mətbu qurumu kimi təsdiqləndi.

İllər ötdü və internetin üfüqlərinin genişlənməsi sayəsində sosial şəbəkələr fəaliyyətə başladı. Klub artıq birbaşa olaraq sosial şəbəkələr vasitəsilə azarkeşləri ilə əlaqə yaratmağa çalışdı. Bu əlaqələrin möhkəmlənməsinə və cameə daxilində ailə ab-havasının yaranmasına səbəb oldu.

Hazırda dünyanın aparıcı klubları məhz bu sahədə xüsusi fəallığı ilə seçilir. Məsələn, “Real”, “Barselona” və “Mançester Yunayted” kimi brend klublar sayt və sosial şəbəkələri vasitəsilə ictimaiyyətlə sıx bağlantı qurub. Statusuna görə klubların ieararxik sıralamasına baxsaq, bütün dünyada klublar bu imkanlardan istifadə edir. Hətta çempionatları təşkil edən qurumlar belə klubların qarşısına ən azı sayt işlətmək vəzifəsi qoyur.

Bizdə də tələblər, istəklər fərqli deyil. Amma klublarımız buna əməl edirmi, zəmanəyə ayaq uydururlarmı?

Araşdırmaq qərarına gəldik. Görəsən, hansı klubun saytı işləyir, hansı klub üçün bu, elə də əhəmiyyət kəsb etmir.

Başlayaq, Azərbaycanı Avropada uğurla təmsil edən “Qarabağ”dan. Əslində , klubun rəsmi saytının fəaliyyətini qənaətbəxş saymaq olar.  “Mövsüm”, “Komanda”, “Klub”, “Tarix”, “Xəbər”, “Qalereya”, “Tədbir”, “Əlaqə” və “Mağaza” bölmələrindən ibarət olan saytda lazım olan bütün məlumatları tapmaq mümkündür.  Amma etiraf edək ki, çempionluq uğrunda mübarizədə “Qarabağ”la bacara bilməyən “Neftçi” sayt məsələsində əzəli rəqibini üstələyir. Məsələn, “Qarabağ”ın rəsmi saytı yalnız Azərbaycan dilində fəaliyyət göstərirsə, “Neftçi”də ingilis və rus bölmələri də var.  Halbuki, Avropanın maraq dairəsində olması səbəbindən “Qarabağ”ın saytının ingilis dilində versiyasına daha çox ehtiyacı var. Klubdan əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda “Qarabağ”ın saytının ingilis verisyası da hazırlanaraq istifadəyə veriləcək.

“Neftçi”nin bölmələrinə nəzər salarkən, burada da bir qədər rəngarəngliyin şahidi olarıq: “Xəbərlər”, “A komanda”, “Komandalarımız”, “Klub”, “Akademiya”, “Oyunlar”, “Tarix”, “Fan zona” “Sponsorlar” və “Neftçi TV”. Maraqlıdır ki, təkcə “Xəbərlər” bölməsinin özü də bir neçə hissəyə bölünür. Orada hətta “Müsahibə” bölməsini də tapmaq olar.

Çempionluq uğrunda mübarizədə “Qarabağ”la “Neftçi”nin arasına girən “Sabah”ın rəsmi internet portalını da uğurlu saymaq olar. Ən azı saytın ingilis versiyası da var. Bölmələrə gəlincə, burada da standart “Klub”, “Komanda”, “Turnir”, “Akademiya”, “Media”, “Azarkeşlər” və “Mağaza” “vitrinləri”ni görmək olar. Saytda ən diqqət çəkən məqam isə komandanın növbəti oyununun saatda geri sayımınının göstərilməsidir. Məsələn, “Sabah” növbəti oyununu noyabrın 6-da səfərdə “Səbail”ə qarşı keçirəcək. Həmin oyuna neçə gün, neçə saat, neçə dəqiqə və neçə saniyə qaldığını göstərən “elektron tablo” var. Üstəlik, saytda “çat” sistemi də fəaliyyət göstərir. Həmin bölməyə daxil olub klub rəsmilərinə sual ünvanlayıb cavabı ala bilərsiniz.

Çempionatın iddialı komandalarından birinə çevrilmək istəyən “Zirə”nin saytı isə təmirdədir. Ora daxil olarkən qarşınıza bu yazı çıxacaq: “Saytımızda texniki işlər getdiyi üçün müvəqqəti olaraq xidmət göstərilmir. Ən qısa müddətdə yenidən xidmətinizdəyik”.

Qəbələ”nin rəsmi saytına da haradasa normal qiymət vermək olar.  “Xəbərlər”, “Komanda”, “Akdemiya”, “Kommersiya”, “Klub”,  “Qəbələ TV” və “Digər növlər”dən ibarət bölmələrlə yanaşı klubun saytında diqqət cəlb edən məqam kimi sorğunu ön plana çəkmək olar. Belə ki, sorğuda saytın istifadəçilərinə  “Qəbələ” 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında hansı nəticəni göstərəcək” sualı ünvanlanıb. Cavablar isə bundan ibarətdir: “Çempion olacaq”, “Gümüş medalları qazanacaq”, “Bürünc medalları qazanacaq” və “Mükafatçılar sırasına düşməyəcək”. Sorğuda iştirak etdik və 29 faizlə daha çox “Mükafatçılar sırasına düşməyəcək” bölümünün daha cox “seçildiyini” gördük.

Hazırda çempionatda qələbə üzünə həsrət qalmasına baxmayaraq, “Sumqayıt” “portal yarışı”nda heç də autsayderlərdən sayılmır. “Media”, “Sumqayıt”, “Klub”, “Komandalar”, “Mövsüm”, “Fan sektor”, “Turnirlər/Layihələr” və “Əlaqə” bölmələrindən ibarət olan saytda ən vacib məlumatlar yer alıb.

Səbail”in rəsmi portalı isə bəsit variantda hazırlanıb. “Xəbərlər”, “Klub”, “Təqvim” və “Fanklub” bölmələrindən ibarət saytda gəzinərkən ağlından ancaq bu kəlmə keçə bilər: “Yoxa lənət”.

Hə, indi də lənətləyəcəyimiz “yox”lardan danışaq.  Beynəlxalq Bankın sponsorluq etdiyi vaxtlarda “İnter” adı ilə fəaliyyət göstərən komandanın saytı var idisə, “Keşlə” də birtəhər “çulunu sudan çıxarırdı”. Artıq müflisləşən və yerlilərin ümidinə qalan “Şamaxı” isə bu imkandan məhrum olub. Saytın domeni var, özü yoxdur.

Eyni sözləri “Kəpəz”ə də aid etmək olar. “Turan Tovuz”un isə ümumiyyətlə, domeni yoxdur. Premyer Liqanın debütantları elitaya hazırlıqsız gəlib.

Ümumiyyətlə, bütün klublarımızın rəsmi saytlarında əsas problem operativliklə bağlıdı. Oyun günləri əksər klublar “yatmağı”, nəticə, fotosessiya, məşqçi fikirləri, xəbərlər baxımından yenilikləri çatdırmaq üçün növbəti iş gününü gözləməyi lazım bilir. Yalnız bir neçə klub bu baxımdan operativdi, ən azı fotoları sayta yerləşdirməyə çalışırlar. Halbuki belə olmamalıdı, klub azarkeşlərinin tələblərini ödəyəcək bütün materiallar vaxtında çatdırılmalıdı.

Klubların sosial şəbəkə hesabları da rəsmi saytları kimi işləyir. Belə baxanda ən asan, ən münasib, amma ən faydalısı da “Facebook”, “İnstagram” və “Youtube” kanallarıdır. Hətta “Neftçi” və “Zirə” klubları “Telegram”dan da yararlanır.

Burada da açıq-aşkar “Neftçi”nin hegemonluğu hiss olunur. Hətta bu komandanın “Youtube”da telekanalı da var. Hətta kabel televiziyasına çıxışla bağlı işlər də gedir. Əslində, klubların sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı ayrıca bir yazı da yazmaq olar. Amma mahiyyət etibarilə dəyişən bir şey olmayacaq. Bəzi klublar bunu sadəcə, “iş xatirinə iş” kimi həyata keçirirlər. (P)ortalıqda heç nə yoxdur…

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm