Milli komanda
Kökçü təkzib etdi: “Qardaşımın söylədikləri yanlış anlaşılıb”
Niderland çempionatının birinci divizionunda mübarizə aparan “Telstar”ın yarımmüdafiəçisi Ozan Can Kökçünün Türkiyə millisində çıxış edən qardaşı Orkun Kökçü bir anda gündəmi dəyişdi. O, müsahibəsində qardaşının Azərbaycanın əsas millisində oynamaqla bağlı dəvətə cavab vermədiyini bildirdi.
Milliləşdirilərək gənclər yığmamızda çıxış etmək imkanı qazanan Ozan Can isə futbolinfo.az-a açıqlamasında xəbəri təkzib etdi. O, qardaşının dediklərinin yanlış anlaşıldığını söylədi: “Qardaşımın söylədikləri yanlış anlaşılıb. Əslində, o, mənim Azərbaycan əsas millisində heç bir matça çıxmadığım üçün digər milli komandaları seçmək şansımın olduğunu demək istəyib. Türk dilini bir az zəif bildiyindən bunu ifadə etməkdə çətinlik çəkib. Mən özündən də bu barədə soruşdum. Dediyim kimi, o, fikirlərini çatdırmaqda çətinlik çəkib. İndiyə qədər millinin baş məşqçisi və ya AFFA-dan kimsə mənimlə əlaqə saxlamayıb. Milli komandanın matçlarına baxıram, bəzən yaxşı anlar olur. Amma nədənsə həmişə bir şey əskikdir. Onu da mən bilmərəm. Ümid edirəm ki, millinin daha yaxşı oyunları olacaq”.
AFFA-nın mətbuat katibi Firuz Abdulla da Kökçünün Azərbaycanın əsas millisində oynamaqla bağlı dəvəti qəbul etmədiyinə dair fikirlərə münasibət bildirib (90+): “Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasında oynayıb. O, yalnız 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan ehtiyat heyətdə yer alıb. Lakin Kökçü toplanışda iştirak etməyib”.
Assosiasiya rəsmisi 23 yaşlı yarımmüdafiəçiyə Azərbaycanın əsas yığmasından heç vaxt dəvət göndərilmədiyini vurğulayıb: “Həmin vaxt Kökçü ehtiyat oyunçu kimi siyahısında nəzərdə tutulub. Bu, rəsmi dəvət anlamına gəlmir. Ehtiyatda olanların xidmətinə əsas siyahıda hər hansı itki baş verdikdə müraciət olunur”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO