Bizi izləyin

Layihə

“Komanda sayı artdıqca hər şey daha yaxşı olacaq”

blank
blank

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– Martın 20-dən təlim-məşq toplanışındasınız və bu gün Şimali Makedoniya ilə yoxlama görüşü keçirəcəksiniz. Komandada ümumi vəziyyət necədir?

– Şimali Makedoniya ilə oyun hazırlıq xarakterli matçdır. Uşaqları noyabra qədər tam hazır vəziyyətə gətirməyə çalışırıq. Üç futbolçu ilk dəfədir milliyə dəvət alıb. Həm onları meydanda görmək istəyirik, həm də fərqli sistemlə meydana çıxacağıq. Noyabra qədər bəzi sistemləri sınaqdan keçirməyi planlaşdırırıq. Ümumilikdə hər şey normaldır.

– U-19-dakı oyunçular yaxın illərdə peşəkar futbolda ilk addımlarını atacaqlar. Onları buna hazır saymaq olar?

– Bilirsiniz ki, futbolçular maksimum bir həftə və ya 8 gün yığmada bir arada olurlar. Onda da iki oyun keçiririk, bir günü də bərpaya gedir. Məşq üçün də 4-5 gün vaxt olur. Bu müddətdə fiziki baxımdan uşaqları inkişaf etdirə bilmərik. Onlar toplanışlara klublarından hazır vəziyyətdə gəlməlidirlər. Texniki bacarıqlar və fiziki durumlar klublarda hazırlanır. Təkcə Azərbaycanda deyil, böyük futbol ölkələrində də futbolçular klublardan yığmalarına hazır vəziyyətdə gedirlər. Millinin məşqçiləri kimi, sırf taktika üzərində çalışırıq. Gələcək vəd edən futbolçular çoxdur. Ümumi vəziyyətləri də yaxşıdır. İnanıram ki, bu uşaqların bir neçəsi gələcəkdə əsas milliyə qədər yüksələcəklər.

– Oyunçular klublardan hazır vəziyyətdə gəlirlər?

– Durumları normaldır. Getdikcə hər şey daha yaxşı olacaq. Biz də onların daha yüksək liqalarda oynamalarını istəyirik. Çünki çoxu U-19 liqasından gəlir. Avropada 19 yaşlı futbolçu artıq əsas milliyə dəvət alır, top-klublarda çıxış edir. Bizim yaralı yerimiz odur ki, uşaqların 90 faizdən çoxu U-19 liqasından gəlir. Barmaqla sayılacaq qədər oyunçu Birinci Divizionda və əsas komandada olur.

– Qeyd etdiniz ki, Avropada 19 yaşlı futbolçu əsas millidə, böyük klublarda çıxış edirlər. Azərbaycanda niyə belə deyil? Klublar gənclərə güvənmirlər?

– Klubların daxili işinə qarışa bilmərik. Premyer Liqada komanda sayı yavaş-yavaş artır. Həmçinin növbəti mövsümdən Birinci Divizionla əvəzedicilərin çempionatı ayrı keçiriləcək. İnanıram ki, gələn il vəziyyət daha yaxşı olacaq. Müəyyən qədər sıxıntı var. Perspektivli uşaqlarımız az deyil. Sadəcə, Premyer Liqanın bəzi klubları liqada qalmaq, bəziləri avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. Onlar da risk edib həmin cavanlardan istifadə edə bilmirlər.

– Gələn mövsümdən Birinci Divizionla əvəzedicilərin çempionatı ayrı olacaq. Bunun aşağı yaş qrupu üzrə millilər üçün nə kimi xeyir var?

– Belədə hər iki çempionatda komanda sayı artacaq. Ümumiyyətlə, bu turnirlərin ayrılmağı daha məqsədəuyğundur. Əvəzedicilər əsas komandaların ehtiyat qüvvələridir. Həm U-17-dən ora kimisə cəlb edə, həm də əsas komandada formada olmayanları oynada bilirsən. Bunu təqdirəlayiq addım sayıram.

– Vaxtilə gənc oyunçulardan ibarət komanda formalaşdırıb yüksək liqaya buraxardılar. Belə bir sistem yaratmaq variantına necə baxırsınız?

– Klubun strategiyasından da asılı olur. Məsələn, klub rəhbəri həmin komandadan gərək nəticə tələb etməsin, gənclərin inkişafına şərait yaratmalıdır. Belə bir klubun yaradılması daha yaxşı olar.

– U-19-dakı futbolçular qısa müddət sonra Premyer Liqada çıxış edəcəklər, əsas millidə yer alacaqlar. Onların durumuna əsasən, futbolumuzun gələcəyi necə görünür?

– Komanda sayı artdıqca hər şey daha yaxşı olacaq. Sadəcə, düzgün strategiya qurmaq lazımdır. Bizim toplanışlarımız maksimum 7-8 gün çəkir. Bu müddətdə uşaqlara çox şey öyrədə bilmirik. Millinin məşqçiləri olaraq düzgün seleksiya işləri aparmalıyıq ki, komandaya hazır oyunçular cəlb olunsun. Ümid edirəm ki, növbəti seçmə mərhələdə daha yaxşı nəticələr olacaq. Xüsusən də komanda sayının artması inamlı danışmağa imkan verir. Çünki belədə seçim daha çox olur.

– Həm aşağı yaş qruplarında, həm də əsas yığmada milliləşdirilmiş futbolçular heç də az olmur. Siz buna necə baxırsınız?

– Bizim komandamızda milliləşdirilmiş oyunçu yoxdur. Kənarda yaşayan azərbaycanlılar var ki, onları cəlb edirik. Təbii ki, aşağı yaş qruplarında özümüzünkülərin olması daha yaxşıdır. Bəzən əsas millidə bu hal olur. Bu, təkcə Azərbaycan millisində olmur, Avropanın bütün yığmalarında rast gələ bilərsən. Avropada başqa millətin nümayəndələrinin milliləşdirilməsi təcrübəsi çox sınaqdan keçirilib.

– Əsas millidən söz düşmüşkən, Canni De Byazinin komandası AVRO-2024-ün seçmə mərhələsində bu gün Avstriyanın, üç gün sonra isə İsveçin qonağı olacaq. Nə gözləyirsiniz?

– Millimiz ardıcıl 5 oyunda qələbə qazanıb. Komandada özünəinam artıb. Bu mənada çətin səfərlərdən sərfəli nəticə ilə dönmək olar. Artıq qələbə qazanmağı bacarırıq, futbolçularda özünəinam var.

– Ardıcıl qələbələrə görə rəqiblər millimizə əvvəlki kimi barmaqarası yanaşmır, ciddi hazırlaşır. Bu, yığmamızın işini daha da çətinləşdirməz?

– Hansısa millinin istənilən rəqibinə barmaqarası yanaşmasına inanmıram. Rəqiblərin komandamıza ciddi yanaşması sevindirici haldır. Deməli, bizi təhlükəli komanda kimi qəbul edirlər. Milli hamımızın komandasıdır, hər kəs dəstək verməlidir.

– Hazırkı duruma əsasən, Avstriya və İsveçlə görüşdə hansı nəticəyə ümid etmək olar?

– Ümid edirəm ki, komandamız ən azı məğlub olmayacaq.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm