Dünya futbolu
Konfrans Liqası: “Roma” xal itirdi, “Tottenhem” qalib gəldi
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçirilib.
Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına bu gün çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanda “Kayrat”ın qonağı olub və qalib gəlib. Qrupun digər matçında Kipr “Omoniya”sı İsveçrə “Bazel”ini qəbul edib. Bu oyun heç-heçə bitib. Nəticədə “Qarabağ”la “Bazel”in növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşib.
Turnirin favoritlərindən hesab olunan “Roma” doğma meydanda “Bodo Qlimt”i sınağa çəkib və xal itkisi ilə üzləşib. Baş məşqçi postuna Antonio Konteni gətirən “Tottenhem” İngiltərədə Niderlandın “Vitess” komandasının müqavimətini çətinliklə qıra bilib.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 4-cü tur
4 noyabr
A qrupu
Makkabi (Təl-Əviv, İsrail) – HJK (Finlandiya) 3:0
Qol: Kuvas, 22. Linqman, 65-öz qapısına. Hozez, 90+3.
LASK (Avstriya) – Alaşkert (Ermənistan) 2:0
Qol: Nakamura, 12; 87.
Xal durumu: Makkabi – 10, LASK – 10, HJK – 3, Alaşkert – 0.
B qrupu
Flora (Estoniya) – Anortosis (Kipr) 2:2
Qol: Sappinen, 55. Zenyov, 58 – Kristofi, 29. Popoviç, 33.
Gent (Belçika) – Partizan (Serbiya) 1:1
Qol: Tissudali, 80 – Uroseviç, 66.
Xal durumu: Gent – 10, Partizan – 7, Flora – 2, Anortosis – 2.
C qrupu
Zarya (Ukrayna) – ÇSKA (Bolqarıstan) 2:0
Qol: Zahedi, 87. Sayyadmaneş, 90+5.
Roma (İtaliya) – Bodo Qlimt (Norveç) 2:2
Qol: El Şaaravi, 54. İbanes, 84 – Solbakken, 45+1. Botheym, 65.
Xal durumu: Bodo Qlimt – 8, Roma – 7, Zarya – 6, ÇSKA – 1.
D qrupu
Alkmaar (Niderland) – ÇFR (Kluj, Rumıniya) 2:0
Qol: Qudmundsson, 5. Pavlidis, 86.
Randers (Danimarka) – Yablonets (Çexiya) 2:2
Qol: Mistrati, 46. Kubitsa, 53-öz qapısına – Kvankara, 73. Kratoxvil, 83.
Xal durumu: Alkmaar – 10, Yablonets – 5, Randers – 4, ÇFR – 1.
E qrupu
Union Berlin (Almaniya) – Feyenoord (Niderland) 1:2
Qol: Trimmel, 41 – Sinisterra, 15. Dessers, 72.
Slaviya (Çexiya) – Makkabi (Hayfa, İsrail) 1:0
Qol: Kuçta, 49.
Xal durumu: Feyenoord – 10, Slaviya – 6, Makkabi – 4, Union Berlin – 3.
F qrupu
Linkoln (Cəbəllütariq) – Slovan (Slovakiya) 1:4
Qol: Çipolina, 45+3 – Qrin, 17; 25. Çavriç, 67. Mraz, 71.
PAOK (Yunanıstan) – Kopenhagen (Danimarka) 1:2
Qol: Jivkoviç, 8 – Ankersen, 34. Byel, 50.
Xal durumu: Kopenhagen – 9, Slovan – 7, PAOK – 7, Linkoln – 0.
G qrupu
Tottenhem (İngiltərə) – Vitess (Niderland) 3:2
Qol: Son, 15. Lukas, 22. Rasmussen, 28-öz qapısına – Rasmussen, 32. Bero, 39.
Renn (Fransa) – Mura (Sloveniya) 1:0
Qol: Bade, 76.
Xal durumu: Renn – 10, Tottenhem – 7, Vitess – 6, Mura – 0.
H qrupu
Kayrat (Qazaxıstan) – Qarabağ (Azərbaycan) 1:2
Qol: X.Kante, 68 – İ.Vadji, 58. A.Zubir, 72.
Omoniya (Kipr) – Bazel (İsveçrə) 1:1
Qol: Kakulis, 16 – Milyar, 57.
Xal durumu: Qarabağ – 10, Bazel – 8, Omoniya – 2, Kayrat – 1.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…