Dünya futbolu
Konfrans Liqasının oyunu koronavirusa görə ləğv edildi
Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində bu gün keçirilməli olan “Tottenhem” (İngiltərə) – “Renn” (Fransa) oyunu ləğv edilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
“Tottenhem”də koronavirusa yoluxma hallarının artması səbəbindən “Renn”lə oyunun baş tutmayacağı bildirilib. Klub bununla bağlı UEFA ilə danışıqların davam etdiyini diqqətə çatdırıb. UEFA isə bu məsələ ilə bağlı rəsmi açıqlama yaymağa tələsmir.
G qrupunda mübarizə aparan “Renn” 5 turdan sonra 11 xalla 1-ci, “Tottenhem” isə 7 xalla 2-cidir. Niderlandın “Vitess” komandası 7 xalla 3-cü, Sloveniya “Mura”sı isə 3 xalla sonuncudur.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…