Dünya futbolu
Kontenun kreslosu laxlayır – namizədlər də bəllidir
“Tottenhem” yenə baş məşqçi dəyişikliyinə hazırlaşır. Nəticələrin piləşməsi üzündən kreslosu laxlayan Antonio Konte daha bir uğursuzluqdan sonra istefa verməli olacaq.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyinin italiyalı ilə yeni müqavilə ilə bağlı danışıqları dayandırması təsadüfi deyil. Onlar hətta hazırkı heyətin də daha yaxşı çıxış etməyə imkan verdiyini düşünür, Konte isə israrla transfer istəyir. Nəticədə bazarda susqun olan londonlular avrokubok zonasından uzaqlaşır.
Artıq Konteni əvəz etməyə namizədlərin də adı bəlli olmaqdadır. Yayda anlaşması bitəcək italiyalının yerinə əsas namizəd Tomas Tuheldir. “Çelsi”dən ayrılandan bəri iş axtaran alman elə bu mövsüm oyun zamanı dalaşdığı mütəxəssisi əvəz edə bilər.
Lakin ən real namizəd Mauritsio Poçettinodur. 5 il “Tottenhem”də işləmiş argentinalının dönüşü də ciddi müzakirə olunur.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”