Dünya futbolu
Kostakurta Piolini təriflədi: “Ən yaxşı o idi”
“Milan”ın veteranı Alessandro Kostakurta Stefano Piolini tərifləyib. “Rossonyerlər”in sabiq müdafiəçisi komandanın son turda “Napoli”ni darmadağın etməsinə (4:0) biganə qalmayıb.
Futbolinfo.az xəbər verir ki, Kostakurta liderin səfərdə məğlub edilməsində baş rolu Piolinin oynadığını deyib: “Neapolda komandanın ən yaxşısı baş məşqçi idi. Pioli daha öncə də önəmli işlər gördü, əla matçlar keçirdi, amma “Napoli” ilə görüş bir başqa idi. Onun bütün qərarları doğru və həlledici alındı”.
Alessandro “La Gazzetta dello Sport”a “Milan”ın hücumçularını da tərifləyib: “Rafael Leao və Brahim Dias əla görünürdü. Ümumiyyətlə, onların Avropanın ən yaxşı hücum cütlüklərindən biri olduğunu düşünürəm”.