Dünya futbolu
Koutinyonun “Barselona”dakı taleyi müəyyənləşdi
İspaniyanın “Barselona” klubunun futbolçusu Filippe Koutinyonun komandadakı gələcəyi müəyyənləşib.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Kataloniya klubundan ayrılmayacaq.
Hazırda icarə əsasında “Bavariya”da çıxış edən futbolçu, cari mövsümün sonunda “Barselona”ya qayıdacaq. Katalonlar futbolçunu satmaq istəsələr də, real təklifin olmaması Koutinyonun komandada qalmasına səbəb olub. Koutinyo gələn mövsümün yayınadək “Barselona”da qalacaq.
“Barselona” Koutinyonun transfer qiymətini 80 milyon avro olaraq müəyyənləşdirib.
Yarımmüdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı