Dünya futbolu
Kuadrado “Yuventus”a lazım deyil
Xuan Kuadrado yayda “Yuventus”dan ayrılacaq. Turinlilər müqavilə müddəti bitən kolumbiyalını saxlamaq niyyətində deyil.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı cinah oyunçusu yeni anlaşma arzusundadır. O, A Seriyasında qalmaq, ən azı daha iki mövsüm “Yuventus”da oynamaq istəyir. Lakin klub bunda maraqlı deyil. Yaşının çoxluğu üzündən Kuadradoyla vidalaşmaq niyyətində olan turinlilər ona əvəzedici axtarır.
2015-ci ildə “Çelsi”dən “Yuventus”a gələn Xuan İtaliyada “Fiorentina”, “Udineze” və “Leççe”nin də şərəfini qoruyub.