Bizi izləyin

Müsahibə

“Lənkəranda mütləq böyük futbol olmalıdır”

blank
blank

Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda II Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi

– “Şahdağ Qusar” II Liqanın ikinci dövrəsinə lider “Baku Sportinq” ilə oyunla (1:1) başladı və meydandan xalla ayrıldı. Bu nəticəni özünüz üçün yaxşı hesab edirsiniz, yoxsa hesabdan narazı qaldınız?

– Çempionatın lideri ilə oynayırdıq. Buna baxmayaraq, qələbə qazanmaq və liderlə aradakı xal fərqini azaltmaq istəyirdik. Təəssüflər olsun ki, qalib gələ bilmədik. Əslində, sərgilədiyimiz oyuna görə 3 xala layiq idik. “Baku Sportinq” də güclü rəqibdir. Çempionatın birinci dövrəsindəki nəticələri ilə bunu sübut edib. Liderlə heç-heçə mövsümün ikinci yarısına pis başlanğıc deyil. Sadəcə, biz meydana 3 xal üçün çıxmışdıq.

– Qol vuranda hansı hissləri keçirdiniz? Belə məqamlarda heç öz-özünüzə deyirsiniz ki, hələ də oynamaq gücünüz var?

– Əlbəttə, qol vurmaq yaxşı hissdir. Meydana çıxan hər futbolçunun məqsədi qol vurmaq olur. Amma qol vurandan sonra elə hiss gəlməyib ki, gücüm var, hələ oynaya bilərəm. Düzdür, gücüm var. Ancaq Premyer Liqaya qayıtmaqdan söhbət getmir. Əsas odur ki, qol vuraraq, komandama kömək edim. Heyf ki, vurduğum qol qələbə üçün yetərli olmadı.

– Hazırda turnir cədvəlində 4-cü pillədəsiniz. Mövsümü neçənci yerdə bitirəcəyinizə inanırsınız?

– Son turdakı nəticələrdən sonra 2-ci yerdən 4-cü pilləyə düşdük. Ancaq hələ qarşıda çox oyun var. “Şahdağ Qusar” yaxşı komandadır, məqsədimiz çempionluqdur. Birinci yerdən 7 xal geri qalsaq da, digərləri ilə arada az xal fərqi var. Çempionluq məqsədimizdən əl çəkməyəcəyik. Bundan sonrakı bütün oyunlarımıza da qələbə üçün çıxacağıq. Bu komanda ilə çempionluq yaşaya biləcəyimizə dair məndə ümid var.

– Növbəti turda sizi daha bir çətin oyun gözləyir. “Cəbrayıl” ilə görüşdə şansları necə dəyərləndirirsiniz?

– Ardıcıl 2-ci oyunda güclü rəqiblə üz-üzə gələcəyik. Hazırda “Cəbrayıl”la oyuna hazırlaşırıq. “Cəbrayıl” da çempionluğa oynayan komandalardandır. Cavid Hüseynov yaxşı kollektiv formalaşdırıb. Ancaq biz də zəif deyilik. Düşünürəm ki, maraqlı və ağır oyun olacaq. Hər iki komandanın yaxşı nəticə qazanmaq şansı var. Çalışacağıq ki, meydanı qələbə ilə tərk edək.

– Sabiq komandanız “Qarabağ” bu gün Avropa Liqasında “Bayer” ilə üz-üzə gələcək. Sizcə, komandamızın bu görüşdə sensasiya etməyə gücü çatacaq?

– Bütün Azərbaycan səbirsizliklə “Qarabağ”ın oyununu gözləyir. “Braqa” səddini keçəndən sonra ölkəmizdə futbola maraq daha da artıb. Bu, bilet satışından da görünür. Stadionda anşlaq olacaq. Təbii ki, cütün favoriti “Bayer”dir. Rəqib çox güclüdür, bunu həm Avropa Liqasında, həm də Bundesliqada sübut edir. “Bayer” uzun müddətdir ki, məğlubiyyətin nə olduğunu bilmir. “Qarabağ”ı çox ağır oyun gözləyir. “Braqa” ilə görüşdə də rəqib favorit sayılırdı. Amma “Qarabağ” öz oyunu ilə sübut etdi ki, istənilən komandaya qarşı oynaya bilər. İnanırıq ki, komandamız yenə layiqli çıxış göstərəcək.

– Digər keçmiş komandanız “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa edəcəyi haqda xəbərlər yayılıb. Bu barədə nə deyə bilərsiniz?

– Bu xəbəri eşidəndə sevindim. Deyilənə görə, Lənkəran stadionunu artıq təmirə bağlayıblar. Bu xəbər həm mənim, həm də “Xəzər Lənkəran”ın azarkeşləri üçün çox sevindiricidir. Lənkəranda mütləq böyük futbol olmalıdır. O cür azarkeşlər böyük futbola layiqdirlər. “Xəzər Lənkəran”ın Premyer Liqaya qayıdacağı anı səbirsizliklə gözləyirəm.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm