Dünya futbolu
La Liqa klubu onu bu mövsümün sonuna kimi itirdi
“Betis” ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Nabil Fekir uzun müddətə sıradan çıxıb.
Fransadan olan 29 yaşlı futbolçunun La Liqanın 23-cü turu çərçivəsində “Elçe” ilə səfər oyununda (3:2) aldığı zədə ciddi olub.
Ətraflı müayinələrdən sonra futbolçunun mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcəyi müəyyənləşib. Onun dəqiq bərpa müddəti isə açıqlanmır.
Fekir bu mövsüm “Betis”in heyətində meydana çıxdığı 20 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə