Dünya futbolu
La Liqa prezidenti istefa verə bilər
La Liqanın prezidenti Xavyer Tebas Superliqa ideyasının reallaşacağı halında istefaya gedəcəyini söyləyib. Bundan başqa o, mümkün istefa addımının səbəblərini də açıqlayıb.
“Əgər Superliqa layihəsi inkişaf etsə, mən istefa verəcəyəm. Çünki belə olan halda İspaniya futbolu böyük iqtisadi çətinliklər qarşısında qalacaq. Mənfəət qısa müddət ərzində iki dəfə aşağı düşəcək. Faciə ilə üzləşəcək bir işdə çalışmaq isə mənim mentalitetimə uyğun deyil. 53 min peşəkar futbolçu və onların ailələri hazırda bununla yaşayır. Son 40 il ərzində yaratdığımız iqtisadi sistem bir anda çökə bilər”, – deyə liqanın prezidenti “El Mundo”ya müsahibəsində bildirib.
Məlum olduğu kimi, hazırda Superliqanın yaradılması üçün işlər davam edir. Avropa məhkəməsinin qərarından sonra Superliqanın yaradılması qarşısında qanuni əngəl qalmayıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd