Dünya futbolu
Laporta: “Xavinin istədiyi oyunçuları almağa hazırıq”
“Barselona”nın prezidenti Xuan Laporta maliyyə problemlərini həll etdiklərini açıqlayıb. O, komandasını yeni transferlərə hazırlaşdığını və hər hansı çətinlik olmadığını deyib.
Futbolinfo.az xəbər verir ki, Laporta Xavi Ernandesdən siyahı gözləyir: “Xavinin ehtiyaclarını qarşılamağa hazırıq. O, istədiyi oyunçuları göstərsin, biz alaq. Artıq yeni gələnləri qeydiyyata salmaq üçün kimlərinsə getməsinə ehtiyac olmayacaq. Başqa həll yolları tapmışıq”.
Xatırladaq ki, maliyyə problemləri üzündən “Barselona” bəzi futbolçuları maaşlarını azaltma razılaşdırır, bir qismini isə satmağı düşünürdü. Görünür, Laporta La Liqa rəhbərliyini tələblərini yerinə yetirmək üçün əlavə maliyyə qaynağı tapıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi