Dünya futbolu
Leao minnətdardır: “Pioli mənə öz oğlu kimi güvəndi”
Dünən “Milan”ın uğur qazanmasında əsas rolu Rafael Leao oynadı. Çempionlar Liqasının 1/4 final mərhələsində “Napol”yə qarşı cavab matçında penalti qaanan, daha sonra məhsuldar ötürmə edən portuqaliyalı, haqlı olaraq qarşılaşmanın ən yaxşısı seçildi.
Futbolinfo.az xəbər verir ki, 1:1 hesablı nəticədən sonra (ilk oyunda “Milan” 1:0 qalib gəlmişdi – red.) yarımfinala yüksələn komandasının uğuruna sevinən Leao oyundan sonra baş məşqçidən danışıb: “Stefani Pioli məni indiki vəziyyətimə yüksəldə adamdır. O, əlimdən tutdu və mənə öz oğlu kimi güvəndi. Eyni zamanda Maldin və Massara da inanılmaz dəstək verdi. Onların ümidini doğrultmağa çalışıram”.
Hücumçu “Sky Sport”a açıqlamasında daha sonra bunları deyib: “Mən “Milan”da özümü evdəki kimi hiss edirəm. Burası çox doğmadır və qalmaq istəyirəm. Daha bir illik müqaviləm var, yeni anlaşma üçün müzakirə aparırıq. Hər şey yaxşı gedir, sadəcə, həll edilməsi vacib olan başqa məsələlər var”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə