Digər idman növləri
Lebron Ceymsin yoxluğu “Leykers”ə mane olmadı
MBA-da bu gecə 4 oyun baş tutub. Ən maraqlı oyunlardan biri Miluokidə olub. Lebron Ceymsin zədə səbəbilə buraxdığı qarşılaşmada qonaqlar qələbə qazanıblar.
Oyun iki basketbolçunun şousuna çevrilib. Meydan sahiblərinin ulduzu Yannis Antetokumbo tirpl-dabl edib. Onun aktivində 29 xal, 21 ribaund və 11 asist var. Qonaqların ulduzu Devis isə 34 xal və 23 ribaundla yadda qalıb. “Leykers” overtaymda 128:124 hesabı ilə qalib gələrək qələbə seriyasını davam etdirib.
“Qolden Steyt Vorriors” çox vacib qarşılaşmada qələbə qazanıb. Kaliforniya təmsilçisi Mayami Hits”i məğlub edib – 113:92. Bu qələbə sayəsində “Vorriors” pley-in zonasında yerini qoruya bilib.
“Nyu-Orlean Pelikans” doğma arenada “Oklahoma-Siti Tanders”lə bacarmayıb – 112:119. Sakramentoda isə “Dallas Maveriks” 132:96 hesablı qələbə qazanıb. Meydan sahiblərinin üzvü Domantas Sabonis MBA tarixinin rekord seriyasını artırıb. Bu dəfə də litvalı basketbolçu dabl-dabl edə bilib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə